14 C
Baku
Thursday, May 2, 2024

Telman İsmayılovla bağlı şok məhkəmə qərarı

“Mardan Palace” otelinə ipoteka qoyulub.

Kıbrıs Rum məhkəməsi Antalyada 1,4 milyard dollara yeddi ulduzlu “Mardan Palace” otelini inşa etməsi səbəbiylə Rusiya prezidenti Vladimir Putinin “Pulları sağa-sola xərcləyir” deyə reaksiya bildirdiyi milyarder rus iş adamı Telman İsmayılovun sərvətini dondurub.

 Rum məhkəməsi, bir rus şirkətinin 100 milyon dollarlıq borca görə Telman İsmayılovun Şimali Kıbrısdakı şirkətinə qaldırdığı məhkəmə iddiasında, “Mardan Palace” otelinə ipoteka qoyub. Antalyadakı lüks otelin möhtəşəm açılışından sonra dünya mediasında diqqətləri çəkən 58 yaşındakı Telman İsmayılovun, Azərbaycan dövlətinin ikili vətəndaşlığını qəbul etməməsindən dolayı rus və türk kimliyi var.

T.İsmayılovun mərkəzi Kıbrıs Rum idarəçiliyində fəaliyyət göstərən “Tandum“ şirkətinə iddia qaldıran Sezerioa şirkətinin müdir köməkçisi Roman Zikov məsələ ilə bağlı “Kommersant” qəzetinə açıqlama verib:

“4 il öncə Telman İsmayılovun şirkətinə 100 milyon dollarlıq kredit verdik. 2013-cü ilin sonuna qədər borcu ödəməli idi. Ancaq təyin edilən vaxtda borcun ödənilmədiyi haqda məlumat verildi. Həmçinin borcun nə zaman ödəniləcəyi barədə də məlumat verilmədi. Bu səbəblə Telman İsmayılovun şirkətinə dava açdıq. Alacağımız məbləğ faizlə birliktə 135 milyon dollardır. Bu hüquqi olaraq ilk addımdır. Kıbrısda aldığımız qərar İngiltərədə beynəlxalq təhkimə gedəcək”.

Zikovun verdiyi açıqlamaya görə, Lefkoşa Rum ərazisindəki bölgə məhkəməsi də Telman İsmayılovun Antalyadakı “Mardan Palace” otelindən başqa, Moskvadakı bütün daşınmaz əmlakını da dondurmaq qərarı verib.

Oxu.az

Son xəbərlər
 ⁠
Digər xəbərlər