17 C
Baku
Monday, April 29, 2024

Türkiyədə dollar orta və uzunmüddətli perspektivdə bahalaşa bilər

Türkiyənin xarici ticarət balansında mənfi saldo avqust ayında illik müqayisədə 22,8% artaraq 5,873 mlrd. dollar təşkil edib. Bu barədə məlumat Türkiyə Statistika İdarəsi ilə Gömrük və Ticarət Nazirliyi tərəfindən verilib.

Məlumatda bildirilir ki, avqust ayında ixrac illik müqayisədə 12,3% artaraq 13,289 mlrd. dollar, idxal isə 15,3% artaraq 19,162 mlrd. dollar olub.

Yanvar-avqust aylarında xarici ticarət balansının mənfi saldosu isə illik müqayisədə 21,1% artaraq 45,66 mlrd. dollar təşkil edib.

Nəticədə, ixracın idxala nisbət əmsalı 69,3%-ə enib. Qeyd edək ki, ötən ilin analoji dövründə bu əmsal 71,2% olub.

“Report”un analitik qrupu bildirir ki, xarici ticarət balansında mənfi saldonun kəskin artması Türkiyədə dolların məzənnəsinin orta və uzunmüddətli perspektivdə yüksəlməsi ilə nəticələnəcək. Bu isə Azərbaycanda da dolların məzənnəsinin düşməsinə əngəl yarada bilər. Belə ki, Türkiyə Azərbaycanın əsas ticaərt partnyorları arasında əsas yerlərdən birini tutur.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər