8 C
Baku
Friday, December 13, 2024

BOKT “Embafinans”a direktor təyin edilib

Bank Olmayan Kredit Təşkilatı “Embafinans” QSC-nin yeni direktor təyin edilib.

Banker.az xəbər verir ki, səhmdarların ümumi yığıncağının qərarına əsasən, Nahid Hüseynov Şahin oğlu direktor təyin edilib.

Buna qədər BOKT-nin icra orqanı İdarə Heyəti idi və strukturda dəyişiklik edilib. BOKT-nin İdarə Heyətinin sədri vəzifədə Cavid Bağırov Nadir oğlu idi.

O, 2013-cü ildən etibarən BOKT “Embafinans” QSC-də əmək fəaliyyətinə başlayıb. 2013 – 2020-ci illər ərzində Kredit şöbəsində çalışıb.

2020 – 2021-ci illər ərzində Daxili nəzarət və hesabatlılıq şöbəsinin rəhbəri, 2021 – 2023-cü illər ərzində isə Risklərin idarə edilməsi şöbəsinin rəhbəri vəzifələrində çalışıb.

2023- cü ilin aprel ayında BOKT “Embafinans” QSC-nin direktoru təyin olunub.

Xatıarladaq ki, BOKT 2012-cü ildə təsis edilib və 10 mln. manat nizamnamə kapitalı var. BOKT-nin Səhmdarlar 86% payla Elşad Abbasov 14.00% payla isə Tamara Polyakovadır.

E.Abbasovun səhmlərdə payı 2023-cü ilin əvvəlinə qədər 51% idi. Belə ki, 35% pay ona Məşhur Məmmədovdan ötürülüb.

Son xəbərlər
Digər xəbərlər