23 C
Baku
Friday, April 26, 2024

Universitetin rektoru vəzifəsindən istefa verdi

Azərbaycan Universitetinə yeni rektor təyin edilib.

Universitetdən verilən məlumata görə, əvvəlki rektoru Fərid Əhmədov gələcək karyera və elmi fəaliyyətinin davam etdirilməsi ilə əlaqədar öz ərizəsi ilə vəzifəsindən azad olunub.

Azərbaycan Universitetinin rektoru vəzifəsinə Səadət Əliyeva təyin edilib. Səadət Əliyeva uzun illər Universitetdə çalışıb, təcrübəli pedaqoqdur. Yeni rektor artıq kollektivə təqdim olunub.

Qeyd edək ki, ölkədə özəl ali təhsilin bünövrəsini qoyan Azərbaycan Universiteti 1991-ci ildə təsis olunub və aradan keçən 26 il ərzində böyük inkişaf yolu keçib. Universitetin öncəliyi qabaqcıl təcrübədən istifadə olunmaqla modern dünyanın tələbləri ilə səsləşən və ölkənin dinamik inkişafına cavab verən kadr hazırlığının həyata keçirilməsidir.

Universitetdə bakalavriat pilləsində 19 ixtisas, magistraturada 9 ixtisaslaşma, doktorantura (dissertantura) səviyyəsində 15 ixtisas üzrə 1299 bakalavriat, 63 magistrant, 24 doktorant və 42 dissertant təhsil alır.Universitetin rektoru vəzifəsindən azad edildi

Təhsil sahəsində 6 beynəlxalq təşkilatın üzvü, bir sıra TEMPUS layihələrinin, “Mövlanə”, “Erasmus+” kimi mübadilə proqramlarının tərəfdaşı olan Azərbaycan Universiteti Avropa və Türkiyənin ən qabaqcıl universitetləri ilə əməkdaşlıq edir və kredit mobilliyini həyata keçirir.

MənbəPublika.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər