23 C
Baku
Friday, April 26, 2024

Value&Source: Azərbaycanda tikinti şirkətləri pis duruma düşə bilər

Bazarda qiymətlərin gələcək hərəkətini müəyyən etmək üçün ilk növbədə bazara təsir edən amillər nəzərdən keçirilməlidir. Amilin gücü və təsir imkanları isə həlledici məqamdır.

Banker.az xəbər verir ki, bu barədə Value and Sources rəhbəri Rəşad Əliyev bildirib.

Əmlak bazarı üzrə ekspert bildirir ki, hazırda bazara təsir edən amillər – inflyasiya, söküntü işləri, ipoteka kreditləşməsi, tirizm axının artımı, “sosial mənzillər”, bank sektorundakı vəziyyət, əhalinin sərəncamında olan sərbəst vəsaitlərin azalması və bazar gözləntiləridir.

“Neftin qiyməti və manatın məzənnəsi bir təsiredici amillər kimi hələki kənarda qalıblar. Ölkə daxilində pul vəsaitlərinin hərəkəti ilə bağlı məhdudiyyətlər (nağdsız hesablaşmalar ilə bağlı) artıq bazara öz mənfi təsirini göstərdi və bu da artıq bir amil kimi aradan qalxdı.” – deyə o bildirir.

Bazarı nə gözləyir?

Ekspert yaxın zamanlarda yaxşı heçnə gözlənilmədiyini bildirir. “Bazara mənfi təsir edən amillər üstünlük təşkil və buna görədə qiymətlərə müsbət təsir edən texniki faktorlar ortaya çıxmasa vəziyyət yaxşı olmayacaq. Əhəmiyyətli qiymət azalmasının müşahidə edilməməsi o demək deyil ki bazar stabilləşib. Bu daha çox bazarın “cansız” vəziyyətdə olmasına işarə edir. Alıcının pulu az, satıcının isə satmaq stimulu az. Bazarda alqı-satqı var, ancaq çox aşağı səviyyədədir.”

Bazarda artan ən əsas riski ekspert tikinti sektoru ilə bağlı olduğunu bildirib: “Söküntü işləri və “sosial mənzillər” üzrə bazara yaxın gələcəkdə çoxlu sayda mənzillərin daxil olması gözlənilir. Bu layihələr onsuzda adi qaydada bina tikən şirkətlərə maneə olur. Yaranacaq təklif artımı adekvat pulla təmin edilmiş tələbatla qarşılanmasa bazarda vəziyyətin pisləşməsi ilə yanaşı tikinti şirkətlərinidə pis duruma sala bilər. Onların vəziyyəti hazırda onsuzda yaxşı deyil. Belə görünür ki, bu risklər artıq dövlət qurumları tərəfindəndə nəzərdən keçirilib. Xatırlayırsınızsa müvafiq dəyəçikliklərdən sonra İpoteka Fondu ipoteka kreditlərini tikintisi başa çatmayan mənzillərədə verə bilər. Yəni tikinti sektorundakı risklərin aradan qaldırılması üçün ödəməqabiliyyətli təlabatın formalaşması mühüm məsələdir. Bunun isə yeganə yolu əlverişli şərtlərlə ipoteka proqramının genişləndirilməsidir. Sərt pul-kredit siyasəti dövründə isə bu “röyadır”.”

Ekspert Vüqar Bayramov isə dürğunluğu belə izah edib: “Evlərin qiyməti manatın hansı müddət stabil qalmasından birbaşa asılı olacaq. Əgər milli valyutamız ili stabil başa vura bilərsə o zaman gələn ildən mənzil bazarında canlanmanın müşahidə edilməsi mümkündür. Bu halda xarici valyutada olan yığımların bir qisminin daşınmaz əmlak bazarına yönəldiləcəyi gözləniləndir.”

Əlavə olaraq bildirək ki, “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov yerli xəbər agentliklərində birinə deyib ki, sentyabr ayında təkrar mənzil bazarında qiymətlərdə 3.25 faiz artım baş verib və bu artımı noyabrda da sabitlışırık artacağını proqnoz etmişdi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər