24 C
Baku
Friday, April 26, 2024

Verizon Yahoo-nu 4,8 milyard dollara satın alır

Verizon-un Yahoo-nu satın alacağı ötən həftə gündəmə  gəlmişdi.

Xarici mediada yayımlanan məlumatlara görə, nəhayət Yahoon-un idarə heyəti satışı təsdiqləyib.

Deyilənə görə, Verizon Yahoo-nun əsas hissələri üçün 4,8 milyard dollar ödəyib.

Veb portalı deyəndə ilk ağıla  gələn ad olan Yahoo Silikon Vadisinin ən köklü startaplarından biridir. 1994-ci ildə Stanford tələbələri  Jerry Yang və David Filo tərəfindən yaradılıb.

Verizon-un rəqəmsal media gücü bir az daha artıb

Verizon əslində ABŞ-ın ən böyük kabelsiz telekommunikasiya xidmətləri təchizatçısıdır.

Bu satınalmayla Yahoon-un axtarış, mobil və reklam müəssisələrinin sahibi olan Verizon bununla da rəqəmsal media gücünü də ikiyə qatlamış oldu.

Rəsmi olaraq bu gün və ya sabah açıqlanması nəzərdə tutulan satınalma xəbəri Techrunch-da yayımlansa da, sonradan geri götürülüb.

Hazırda Yahoon-un NASDAQ birjasında bazar dəyəri təxminən 38 milyard dollardır ətrafındadır.

Xeberler.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər