15 C
Baku
Friday, April 26, 2024

Warren Buffet Bill Gates-in fonduna $3,17 milyard bağışlayıb

Banker.az xəbər verir ki, amerikalı milyarder Warren Buffet Bill və Melinda Gates-in fonduna və onunla əlaqəli dörd təşkilata Berkshire Hathaway şirkətinin səhmləri qismində 3,17 milyard dollar bağışlayıb.

 

Buffet Berkshire şirkətinin B sinfinə məxsus 18,63 milyon səhmini bağışlayıb ki, onların da hər birinin dəyəri 170, 25 dollardır. Verilən məlumatlara görə, bununla da milyarder xeyriyyə məqsədilə sərf edilən məbləğ həcminə görə dünyanın dördüncü şəxsi oldu.

Qeyd edək ki, Warren Buffet 2006-cı ildə Berkshire Hathaway şirkətində ona məxsus olan bütün səhmləri xeyriyyə məqsədi ilə xərcləyəcəyini elan etmişdi. Bu zamandan 2017-ci ilə qədər o xeyriyyə təşkilatlarına 27.54 milyard dollar bağışlayıb ki, bu məbləğin də təqribən 21,9 milyard dollarını Bill Gates-in fondu qəbul edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər