14 C
Baku
Thursday, May 2, 2024

Xarici bankda necə depozit açmaq olar?

Bugünkü gündə xaricdə yaşayan ölkəmizin bütün vətəndaşlarının xarici banklarda depozit açmağa haqları var. Prosesin asanlaşdırılması sayəsində xaricdə açılmış yatırımların sayı artıb.

Ölkə xaricində pul saxlanılmasının əsas üstün cəhəti təhlükəsizlikdir. Qərb maliyyə müəssisələri öz mühafizəkar strategiyaları, müştərilərin vəsaitlərinə qarşı məsuliyyət və nüfuzlarına qarşı diqqət ilə fərqlənirlər. Xarici bankda depozit açmaq üçün nələr etmək lazımdır?

İlk növbədə sizə uyğun olan xidmət şərtlərini seçin. Bazardakı təklifləri araşdırın, yarana biləcək riskləri dəyərləndirin, yatırımlar üzrə kalkulyatorla pul vəsaitlərinin axınını hesablamağa çalışın.

Bank seçdiyiniz zaman etibarlılıq reytinqinə, xidmətlərin qiymətinə, investora olan tələblərə, minimal depozitin ölçüsünə, hesabın artırılmasının rahatlığına və əlavə imkanların mövcudluğuna (məsələn, investisiya məhsulları üzrə təkliflər)  diqqət yetirin.

Daha sonra isə lazım olan sənədləri toplayın. Bəzi banklar sənədlərin təqdim olunmasında müştərinin iştirak etməsini tələb edirlər. Digərləri isə müştərinin dövləti tərəfindən sənədlərin göndərilməsinə icazə verirlər. Maddi imkanları yaxşı olan müştərilər bank təmsilçisini öz ölkələrinə dəvət edərək müqaviləni imzalaya bilərlər.

Digər başqa bir alternativ də mövcuddur – ixtisaslanmış məsləhətçi şirkətin xidmətlərindən yararlanmaq. Həmin şirkət sizə ölkə, bank müəssisəsi seçimində və depozitin optimal şərtlərini təyin etməkdə yardım edəcəkdir. Bundan savayı, məsləhətçilər sənədlərin göndərilməsi prosesini tezləşdirəcəklər və həmçinin xarici himayəçi tapmağa kömək edəcəklər.

Notarius tərəfindən təsdiqlənmiş zəruri sənədlərə adətən bunlar daxildir:

  • şəxsiyyəti təsdiq edən sənəd və yaşayış ünvanını təsdiq edən sənəd;
  • bank arayışı;
  • müştərinin gəlirlərini təsdiq etməsi haqqında əlavə məlumat (ailə üzvlərinin tərkibi və məşğuliyyətləri, məhkumluğun olmaması haqqında arayış və s.)

Sənədləri aldıqdan sonra bank müştərinin yoxlanılması prosesinə başlayır. Bu proses aylarla davam edə bilər. Müsbət cavab qəbul edildiyi halda müştəriyə poçtla müqavilə, xüsusi anket və depozitin xidmətlərinin ətraflı şərtləri göndərilir. İnvestor müqaviləni imzalamalı, anketi doldurmalı və sənədləri banklara göndərməlidir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər