14 C
Baku
Thursday, May 2, 2024

Yunanıstan “bank tətilləri”-nin müddətini uzatdı

Reuters agentliyinin Yunanıstan Bank assosiasiyasına istinadən verdiyi məlumata görə, Yunanıstan rəhbərliyi ölkə banklarını 7 və 8 iyul tarixlərində də bağlı saxlamaq qərarına gəlib. Bununla yanaşı, agentliyin məlumatına görə, bankomatlardan gün ərzində 60 avro çıxarmaq limiti də qüvvədə qalmaqdadır.

Əvvəllər təxminlərə görə, bankların işinin 7 iyul tarixində bərpa ediləcəyi gözlənilirdi. Yunanıstan Mərkəzi bankının direktorlar şurasının rəhbəri Louka Katseli 3 iyul tarixində bildirmişdi ki, likvidlik ehtiyatı yunan banklarına 6 iyula qədər bəs edəcək.

Qeyd edək ki, 5 iyul tarixində Yunanıstanda referendum keçirildi və əhalinin 60%-i yunan borcu ilə əlaqədar olaraq kreditorlar ilə razılığa gəlmək şərtlərinə qarşı səs vermişlər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər