23 C
Baku
Friday, April 26, 2024

Zərərə fərqli baxış

Müəllif: Elçin Çobanov, Azfen J.V. HR Department

İnsanların etimadını itirməkdənsə, pulumu itirməyi seçərdim

İşinizi nə qədər yaxşı yerinə yetirməyinizdən asılı olmayaraq iş prosesində hər zaman xətalar baş verir. Xətalar da öz növbəsində şirkətə və ya biznesə zərər verir. Burada diqqət yetiriləsi məsələ isə bu zərərin kim tərəfindən ödəniləcəyidir (türkcə desək “fatura kimə kəsiləcək”). Bunu müəyyən etmək üçün bu zərərə baxış tərzinizi müəyyənləşdirməyiniz vacibdir. Bu yazımda sizinlə zərərə baxış tərzimi sizinlə bölüşəcəyəm.

Səbirli olun

Bir işin qısa yolunu axtarmaq əladır. Lakin hər zaman effektli deyil. Bu səbəbdən də öz biznesinizi yaradarkən qısa müddətdə varlanmağa və xeyirlə işləməyə çalışmayın. Çünki bu hər zaman mümkün olmur. Bundan ötrü özünüz üçün vacib bildiyini hər hansı bir normalardan kənara çıxmalı olursunuz.

elchin%20cobnao

Adətən insanlarla tanış olarkən ilk təəssürat çox böyük iz buraxır. Bu şirkətlər üçün də keçərlidir. Bu səbəbdən də biznesinizi yeni qurmusunuzsa əvvəlcə çalışın ki, bazarda adınızı (markanızı) tanıda və brendinizi möhkəmlədə biləsiniz. Bu isə bir başa və ya dolayı (zərərlər) investisiyalar hesabına formalaşır. Zərərlərinizə bir investisiya kimi baxın. Müəyyən məbləğ müqabilində, siz pul itkisi əvəzində bir işin alınmamasının səbəblərini (nəyə görə bunu etmək olmaz), zəif tərəflərinizi və risklərinizi öyrənmiş olursunuz. Siz onsuz da bu məlumatları almaq üçün bu işin professionallarına (auditorlara, məsləhətçilərə, şəxsi treyner və ya təlimçilərə və s.) vəsait xərcləyirdiniz. Bu, isə bizə iki haldan xəbər verir:

1. Ya bu professionallar sizə lazımsız məlumat satır;
2. ya da onların satdıqları məlumatdan da vacib həll olunası məsələlər var.

Bu səbəbdən də qısa müddət ərzində investisiyanızı gəlirli etməyi düşünürkən, yeni şansların da qarşısını kəsməyin.

Zərərlərin pozitiv tərəfini görməyə çalışın

Eyni zərər əməkdaşların etdikləri səhvlərdən yaranan zərərlərə də aiddir. Əgər bir səhv qəsdən yaranmırsa və təkrarlanmırsa bu sizin xeyrinizə olan səhvlərdir. İşçinizlə görüşün bu işin işinizə verdiyi zərərləri ölçün və bunun bir daha baş verməməsi üçün tədbirləri birlikdə düşünün. Unutmayın ki neqativ hallar insanın yaddaşında daha dərin iz buraxır. Bu fikir məndə tələbəlik illərimdən formalaşıb. Belə ki, ən sevdiyim dərs bir müddət sonra qismən unudulduğu halda təkrar (kəsiri düzəltmək üçün) imtahandan keçdiyim dərslər isə daha dəqiq yaddaşımda iz buraxıb. Bunun əksinə isə sevinc, məmnuniyyət müvəqqəti olur və zaman-zaman təzələnməyə ehtiyac duyulur. Bir müddət öncə tərifləndiyim mövzular hər gün daha az məmnun edir məni. Baxmayaraq ki, hər gün etdiyim səhvləri yadıma salıb düşünürəm. Bu səbəbdən də zərərlərinizi bahalı bir dərs kimi görsəniz daha xeyirli nəticələr əldə edəcəyinizi düşünürəm.

Zərərdən xəbərdar idiniz

Zərər bir riskdir və biznesin qızıl qanunlarından biridir ki, risk=mənfəət. Hər bir sahibkar işə başlamamışdan öncə müəyyən risklərə girəcəyini bilir. Lakin bizim risk anlayışımız əksər hallarda çox məhdud olur. Belə ki əksəriyyət risk olaraq sadəcə alıcı (müştəri) tapmamağı görür. Lakin sanballı biznes təhsili alan şəxslər bilirlər ki, risk ayrıca bir elmdir. Riski tanımaq və idarə etmək üçün ən azı bir semestr normalda isə 2-5 il arasında təhsil almaq lazımdır. Bu səbəbdən də bir problemi həll edərkən çalışın ki, yeni problemlər yaratmayın.

Gələcək qeyri müəyyəndir

Yuxarıda yazılanlar mənim zərərə şəxsi baxışlarımdır. Unutmamaq lazımdır ki çətinliklər müvəqqətidir. çətinliklər aradan qalxdıqda isə onun yerini fərqli şeylər alır. Planlamadan da bildiyimiz kimi biz sadəcə gələcəyi təxmin edərək gələcək barədə müəyyən təəssüratlar yaratmağa çalışırıq. Əslində bizə zərər kimi görünən xərclər bizim təxmin edə bilmədiyimiz xərclərdir. Bu səbəbdən də gələcəkdə qarşıladığınız xərcləri müştərinizə, tərəfdaşlarınıza, əməkdaşlarınıza ödətməyin. Belə olduqda heç kəs sizinlə iş görmək istəməyəcək. Əgər siz sadiq müştəri, tərəfdaş, əməkdaş kütləsi toplamaq istəyirsinizsə onlara qarşı dost mövqe seçin. Belə olduqda isə yeniliklər və inkişaf(proqress) özü sizi tapacaq. Əsil lider kimi düşünməyə başlayın.

Ətrafa “Siz yıxılsanız da, biz sizi qaldırıb, yolunuza davam etməyinizə kömək edəcəyik” mesajını ötürün. Belə olduqda onlar da sizin çətin vaxtlarınızda yanınızda olacaqlar. Yıxılma qorxusu olmayan müştəri, işçi, tərəfdaş işindən zövq alacaq, o, gələcək planlarına sizi də daxil edəcək. Şəxsi təcrübəmdən də deyə bilərəm ki, hətta ən savadlı insanlar belə ticarətlə bağlı qərarlar verərkən tam rasional olmurlar. Günümüzdə mənəvi dəyərlər çox nadir və bahalı dəyərdi. Mənəvi standartları yüksək olan adamlar və şirkətlər hər zaman gəlirli olurlar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər