33 C
Baku
Wednesday, July 17, 2024

Əcnəbilərin Azərbaycanda bank kartları ilə xərcləmələri 2.3 dəfə artıb

2022-ci ilin may ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 184.1 mln. manat təşkil edib. Bu göstərici ötən ilin may ayı ilə müqayisədə 2.3 dəfə çoxdur.

Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi hesabatda bildirilir.

Hesabata əsasən, 2022-ci ilin yanvar-may aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 870.4 mln. manatlıq əməliyyat aparıblar ki, bu da illik müqayisədə 2.1 dəfə çoxdur.

Son xəbərlər
Digər xəbərlər