15 C
Baku
Tuesday, April 16, 2024

Əhalinin “yastığı altından” banklara nağd dollar axını sürətlənir- Səbəb?

Azərbaycanda 2022-ci ilin may ayında əhalinin banklara “yastıq altından” çıxarıb satdığı nağd ABŞ dollarının həcmi kəskin artıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2022-ci ilin may ayında banklar əhalidən nağd 242 milyon ABŞ dolları alıb. Bu göstərici öncəki ayı 44% üstələyir. Aprel ayında bankların əhalidən aldığı dolların həcmi 168 milyon idi. 242 milyon dollar əhalinin “yastıq altından” çıxardığı ABŞ dollarının həcmi 2016-cı ilin aprelindən bu tərəfə maksimal göstəricidir.

Bankların əhaliyə nağd valyuta satışında da may üzrə artım olub. Həmin ayda banklar əhaliyə 173 milyon dollar satıb.

Beləliklə, ötən ayda əhalinin nağd dollar alış-satışından banklara 68.62 milyon dollar axın edib.

2323423423

AMMA İL ÜZRƏ HƏLƏ Kİ, AXIN BANKLARDANDIR

2021-ci ilin ilk 5 ayında banklar əhalidən 700.96 milyon dollar alıb, 1 milyard 130.21 milyon dollar isə əhaliyə satılıb. Bununla da ilin ilk 5 ayını götürsək, banklardan əhalinin “yastığı altına” 429 mln. dollar axın hələ ki, davam edir.

Məsələn, 2021-ci ilin ilk 5 ayında banklar əhaliyə 836 milyon dollar satmış, 560 milyon dollar isə onlardan cəlb etmişdi. O zaman da nağd dollar alış-satışında banklardan əhaliyə 276 mln. dollar axın olmuşdu.

Azərbaycan Mərkəzi Bankına görə, manatın real effektiv məzənnəsi may ayında ticarət tərəfdaşı ölkələrin valyutaları qarşısında 115.8 bənd təşkil edir. Aprel və mart ayından aşağı olsa belə, bu, son illər üçün yuxarı həddir. Manat ABŞ dolları ilə sabit məzənnədə qaldığı üçün onun REM-i dolların 6 valyuta səbəti qarşısında formalaşan indeksi ilə korrelyasiya edir. Yəni, dollar bahalaşanda manat da valyutalara qarşı bahalaşır.

“YASTIQ ALTINDAN” DOLLAR NİYƏ ÇIXIR?

Əvvala 2022-ci il 2020-ci il və 2021-ci ildən çox fərqlidir. Ölkənin ixrac payında əsas yeri tutan neft-qaz məhsulları öncəki ildən az qala iki dəfə baha satılır. Bu isə Mərkəzi Bankın rahat şəkildə manatı sabit saxlaması üçün şərait yaradır.

Üstəlik, Mərkəzi Bankın yeni sədri Taleh Kazımov da sələfi kimi bir müddət “lövbər məzənnə” dayanacağına işarə edib. O sonuncu iclasda bildirmişdi ki, hazırkı durumda tədiyyə balansının, dövlət büdcəsinin profisitdə olmalarını, həmçinin yüksək inflyasiyanı nəzərə alsaq Azərbaycan Mərkəzi Bankı sabit məzənnə rejiminin davam etməsinin tərəfdarıdır.

O, həmçinin, tutarlı arqument gətirərək, Dollar/Manat məzənnəsində üzən məzənnə rejiminə keçmək üçün infrastrukturda fundamental dəyişikliklər, pul və maliyyə siyasətlərində ciddi dəyişikliklərə ehtiyac olduğunu dilə gətirmişdi.

Azərbaycanda daxili bazar artıq neftin qiymətinin artıb-azalmasına vaxtında reaksiya verə bilir. Necə ki, bu, 2020-ci ilin martında baş vermişdi. Cari durumda neftin bahalaşması tədiyyə balansında qalığı (profisiti) artırıb və Dövlət Statistika Komitəsinin son göstəricilərinə əsasən, Azərbaycanın ticarət balansında 8.74 mlrd. dollarlıq müsbət saldo yaranıb.

Əhalinin banklara dollar satışının iyun ayında daha çox artacağı, əz azından may ayındakı qədər dollar axını olacağı gözlənilir.

Son xəbərlər
Digər xəbərlər