Əkinçiliyin inkişafı layihəsinə 175 min manat güzəştli kredit verilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu əkinçiliyin inkişafı layihəsi üzrə 175min manat güzəştli kredit verib.

Bunu nazir Mikayıl Cabbarov “Twitter” hesabında bildirib.

O qeyd edib ki, vəsait Cəlilabad rayonunda fəaliyyət göstərən sahibkar Murad Həsənova ayrılıb.

Son xəbərlər
Digər xəbərlər