28 C
Baku
Saturday, July 27, 2024

Ərdoğan: “Türkiyəni dünyanın ən böyük iqtisadiyyatına sahib 10 ölkəsindən birinə çevirəcəyik”

“Türkiyə dünyanın ən böyük iqtisadiyyatına sahib 10 ölkədən birinə çevirəcəyik. Buna nail olanadək dayanmayacağıq”.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kayseridə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ötən 20 il ərzində Türkiyədə ciddi işlər görülüb: “Artıq Avropadan daha yaxşı səhiyyə sisteminə malikik. Artıq PUA-lara sahibik. Ölkəmizin bu imkanlarını günbəgün inkişaf etdiririk”.

Ərdoğan söyləyib ki, Türkiyə hakimiyyəti gənclərə sevginin nümunəsini göstərib: “Biz “TCG Anadolu” desant gəmisini Silahlı Qüvvələrimizə təslim etdik. Bu gəmi ciddi marağa səbəb oldu. Yüzlərlə insan “TCG Anadolu”nu ziyarət etdi”.

Türkiyə lideri bildirib ki, hakimiyyət müxalifətdən fərqli olaraq əsərlər ortaya qoyuruq: “Biz artıq nüvə ölkəsinə çevrilmişik”.

Son xəbərlər
Digər xəbərlər