9 C
Baku
Saturday, December 21, 2024

Ərdoğan: “Zəlzələnin Türkiyəyə vurduğu maddi zərər 104 milyard dollara çatıb”

“Bu il zəlzələnin Türkiyəyə vurduğu maddi zərərin həcmi 104 milyard dollara çatıb”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.

Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Son xəbərlər
Digər xəbərlər