Bu şəxslərə 500 manat dövlət rüsumu tətbiq ediləcək

Azərbaycanda maliyyə icarəsi (lizinq) fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün dövlət rüsumu tətbiq edilir.

Banker.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan  “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin maliyyə icarəsi verənlərin reyestrinə daxil edilməsi dövlət rüsumuna cəlb olunacaq.

Təklif olunan dəyişikliyə görə, bu xidmət üzrə dövlət rüsumunun məbləği 550 manat müəyyən edilir.

Qeyd olunur ki, bu dəyişiklik “Maliyyə icarəsi haqqında” yeni qanun layihəsi ilə paralel şəkildə tətbiq ediləcək və lizinq fəaliyyətinin dövlət qeydiyyatı mexanizmini tənzimləyəcək.

Məsələ səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər