10 C
Baku
Bazar, Dekabr 5, 2021

Ərdoğanın fərmanı ardından lirə yenidən anti-rekord vurdu

Ötən gün Ərdoğanın fərmanı ilə Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) sədr müavinlərinin Türk lirəsinin məzənnəsi tarixi anti-rekord yeniləməsinə səbəb oldu.

Banker.az xəbər verir ki, 12 oktyabr tarixində Prezident Rəcəb Təyyub Ərdoğanın fərmanı ilə TCMB sədrinin müavinləri Semih Tümen, Uğur Namık Küçük, Pul Siyasəti Komitəsinin üzvü Abdullah Yavaş vəzifədən azad ediliblər.

Taha Çakmak Sədr müavini, Yusuf Tuna isə Pul Siyasəti Komitəsinin üzvü təyin ediliblər.

TCMB-də isə bir sədr müavini yeri boş qalıb.

Qeyd edək ki, bu xəbərin ardından Bakı vaxtı ilə 01:00 radələrində USD/TRY məzənnəsi 9.1845 səviyyəsinə qədər qalxıb.

98

Son xəbərlər
Oxşar xəbərlər
X