5 C
Baku
Saturday, December 14, 2024

Ə.Qarayev: “Manatın devalvasiyası ilə əlaqədar qonşu ölkələrdən Azərbaycana gələn turistlərin sayının artmasını gözləyirik”

“Manatın devalvasiyasından sonra turizm obyektlərinin hesablamaları dollarla aparması haqqında deyilənlər həqiqətə uyğun deyil”.

Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O bildirib ki, bunun nəticəsi kimi Rusiyanın, İranın, Gürcüstanın turizm şirkətləri Azərbaycana turizm axınının artmasına maraq göstərirlər: “Bu yaxınlarda turizm assosiasiyaları ilə müqavilə bağlandı. Manatın düşməsi ilə əlaqədar xarici ölkələrdən, xüsusilə qonşu ölkələrdən Azərbaycana gələn turistlərin sayının artmasını gözləyirik. Elə şirkətlər var ki, onların birbaşa hesabları xarici ölkələrlə bağlıdır. Məsələn, Azərbaycandan xaricə turist göndərərkən şirkətlər ödəmələrdə dollar, avro və yaxud digər valyuta tətbiq edirlər. Azərbaycanın daxilində isə bütün ödəmələr milli valyuta ilə həyata keçirilir. Bu da indiki dövrdə ölkəmizə turizm axınına imkan verir”.

Nazir əlavə edib ki, Rusiya və Türkiyədə Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Turizm Assosiasiyasının təmsilçiliyi açılacaq: “Artıq müqavilələr bağlanıb, yerlər və məkanlar müəyyənləşdirilib. Bu ayın axırına kimi Türkiyədə, gələn ayın ortasına kimi Rusiyada Azərbaycanın turizm nümayəndəlikləri açılacaq. Hesab edirik ki, bu gün Azərbaycan turizm sənayesində tətbiq olunan qiymətlər regionda rəqabət apara bilər”.

APA

Son xəbərlər
Digər xəbərlər