“Mercer” əcnəbi işçilər üçün ən bahalı şəhərlərin illik reytinqini yeniləyib.
Ofisləri 40-dan çox ölkədə yerləşən şirkətin beynəlxalq konsaltinq araşdırmasına əsasən, Honq-Konq evdən kənarda işləyən və yaşayanlar üçün dünyanın ən bahalı şəhəri olub.
İllik sorğuda qida, mənzil, şəxsi gigiyena və sair kimi kateqoriyalar üzrə 200-dən çox məhsul və xidmət qiymətləndirilib.
Beləliklə də, xaricdə yaşamaq və işləmək üçün ən bahalı 10 yerin siyahısı aşağıdakı kimi alınıb:
1. Honq-Konq, Çin;
2. Sürix, İsveçrə;
3. Cenevrə, İsveçrə;
4. Bazel, İsveçrə;
5. Bern, İsveçrə;
6. Təl-Əviv, İsrail;
7. Nyu-York, ABŞ;
8. Sinqapur;
9. Tokio, Yaponiya;
10. Pekin, Çin.