8 C
Baku
Friday, March 29, 2024

Əcnəbi tələbə üçün harada oxumaq daha bahalıdır?

Bank HSBC əcnəbi tələbələr üçün təhsil haqlarının daha baha olduğu 13 ölkənin reytinqini tərtib etmişdir, illik təhsil haqqı ilə yanaşı tələbənin yaşayış üçün zəruri olan digər xərcləri də qiymətləndirmə zamanı nəzərə alınmışdır (hesablamalar Amerika dolları ilə həyata keçirilib).

Hamının təəccübünə səbəb olsa da, gözlənilməz şəkildə ilk yerə Avstraliya sahib çıxmışdır.

Avstraliya təhsil haqqının və cari həyat xərclərinin yüksək olmasına baxmayaraq – orta hesabla 38,5 min dollar, hələ də əcnəbi tələbələr arasında təhsil almaq üçün ən populyar yerlərdən biri olaraq qalır. Ola bilsin ki, bunun əsas səbəbi iqlim və kenqurular ölkəsinin qayğısız həyat tərzidir.

İkinci yeri ABŞ (35,7 min dollar) tutur, Böyük Britaniya üçüncü yerdə (30,3 min dollar) qərarlaşıb ki, bunu da normal qarşılamaq olar. Qonşumuz Rusiya isə 9,4 min dollarla siyahıda doqquzuncu yeri tutub, burada əcnəbi tələbələrə yaşamaq və oxumaq üçün məhz bu qədər vəsait lazımdır. Burada təhsil yeri gəlmişkən Çin və Tayvandan daha ucuzdur, amma nə qədər maraqlı olsa da yaşamaq üçün lazım olan vəsait Kanada və Səudiyyə Ərəbistanından daha çoxdur.

Siyahıdakı 13 ölkə içərisində tələbələr üçün ən ucuz Almaniyadır, burada əcnəbi tələbəyə həyat və təhsil üçün lazım olan vəsait 6,3 min dollardır, HSBC belə düşünür. Amma bu fikirlərlə razılaşmamaq da olar. Belə ki, Almaniya hökuməti özü əcnəbi-tələbələrin məsrəflərini 8,1 min avro civarında olduğu qənaətindədir.

HSBCyy

Son xəbərlər
Digər xəbərlər