2022-ci ilin aprel ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 136.6 milyon manat təşkil edib.
Banker.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Mərkəzin məlumatına əsasən, 2022-ci ilin yanvar-aprel aylarında əcnəbilər bank kartları vasitəsi ilə 686.3 mln. manatlıq əməliyyat aparıblar.
Qeyd edək ki, ötən ilin aprel ayına nisbətən bu ilin aprel ayındakı göstərici 2.1 dəfə çoxdur. Həmçinin, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə bu ilin müvafiq dövründə xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 2 dəfə artıb.