Gəncə Avtomobil Zavodunun rəhbərliyində yeni təyinat

Gəncə avtomobil zavodu İstehsalat Birliyində Baş icraçı direktorun müavini vəzifəsinə təyinat olub.

Banker.az xəbər verir ki, Tamerlan Abdullazadə Gəncə Avtomobil Zavodunun Baş icraçı direktorun müavini təyin edilib.

O, 2019-cu ilin avqust ayından 2026-cı ilin sentyabr ayına kimi “Aqrotextəchizat” MMC-nin Hüquq, İnsan Resursları, Satınalma və Komplayens departamentinin rəhbəri kimi çalışıb.

Tamerlan Abdullazadə Naxçıvan Dövlət Universitetində 2009-2013-cü illərdə Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr dərəcəsinə yiyələnib, daha sonra 2014-2018-ci illərdə həmin universitetdə Hüquqşünaslıq üzrə bakalavr təhsili alıb.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər