Məlumat verilib ki, koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranan vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib, mart ayından başlayaraq bu sahədə azalma müşahidə olunur. Bunun nəticəsində 2020-ci ilin iyul ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 23 milyon manat təşkil edib. 2020-ci ilin yanvar-iyul ayında isə əcnəbilər bank kartları vasitəsi ilə 302,7 milyon manatlıq əməliyyat aparılıb.
Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın avqust sayında bildirilir.
2019-cu ilin müvafiq dövründə isə xaricilərin bank kartları ilə apardıqları əməliyyatların həcmi 134.6 milyon manat olub ki, bu da cari ilin iyul ayında 6 dəfə azalma deməkdir.
Ötən ilin yanvar-iyul aylarında isə aparılan əməliyyatların həcmi 725.4 milyon manat olub. Belə ki, illik müqayisədə 2.4 dəfə əcnəbilərin bank kartları ilə apardıqları əməliyyatlar azalıb.