-3 C
Baku
Sunday, December 15, 2024

Ədliyyə Nazirliyi: 1,13 milyon manat məbləğində ziyan istintaqın gedişində ödətdirilib

Ədliyyə Nazirliyi tərəfindən ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması və digər cinayətlərlə bağlı 241 iş üzrə ibtidai istintaq tamamlanıb.

Bu barədə iyulun 29-da Ədliyyə Nazirliyində cari ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında keçirilən kollegiya iclasında məlumat verilib.

Qeyd edilib ki, fiziki və hüquqi şəxslərə vurulmuş 1,13 milyon manat məbləğində ziyan istintaqın gedişində ödətdirilib.

Son xəbərlər
Digər xəbərlər