15 C
Baku
Saturday, April 20, 2024

Ədliyyə Nazirliyi haqqında əsasnamədə dəyişiklik edilib

Prezidentin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilib.

Banker.az xəbər verir ki, bu fərmanı, Azərbaycan Prezidenti İlham Əliyev imzalayıb.

Fərmana görə, 

1. 9.25-ci yarımbəndə “cəzaları” sözündən sonra “, həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə əsasən icrası və ya icrası üzərində nəzarət icra məmurlarına həvalə edilmiş cinayət-hüquqi xarakterli digər tədbirləri (bundan sonra – müvafiq cinayət-hüquqi xarakterli tədbirlər)” sözləri və “, cəzaların” sözündən sonra (birinci halda) “və müvafiq cinayət-hüquqi xarakterli tədbirlərin” sözləri əlavə edilib.

(Əvvəl -9.25. cəzaları icra edən müəssisə və orqanların fəaliyyətinə, cəzaların icrası və həbsdə saxlama zamanı normativ hüquqi aktların tələblərinə, o cümlədən cəzaların çəkilməsi şərtlərinə əməl olunmasına nəzarəti həyata keçirmək;)

2. 9.26-cı yarımbəndə “cəzaların” sözündən sonra “və müvafiq cinayət-hüquqi xarakterli tədbirlərin” sözləri əlavə edilib.

(Əvvəl – 9.26. cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrasını, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, habelə barələrində həbs qətimkan tədbiri seçilmiş şəxslərin saxlanılması, mühafizəsi və müşayiət olunmasını təşkil etmək və bu sahələrdə nəzarəti həyata keçirmək;)

Son xəbərlər
Digər xəbərlər