Ölkə əhalisinin sayı ilin əvvəlindən 14215 nəfər və ya 0,14 faiz artaraq 2026-cı il avqust ayının 1-i vəziyyətinə 10 276 566 nəfərə çatmışdır.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Bu ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 48954 doğulan körpə qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,2-dən 8,2-yə düşmüşdür. Doğulan körpələrin 53,4 faizi oğlan uşaqları, 46,6 faizi isə qız uşaqları olmuşdur. Doğulan körpələrdən 1696-sı əkiz, 60-ı isə üçəm olmuşdur.







