2 C
Baku
Saturday, December 14, 2024

“ƏDV geri al”a çeki oxutmağın daha bir rahat yolu: bank müştərisi olmaq tələb edilmir

Azərbaycanda artıq ilin ikinci rübündən başlayaraq ƏDV-lərin geri qaytarılması üçün portal yaradıldı.

Supermarket, butik, mağazalar və s. qeyri-neft məhsullarına aid olan obyektlərdə alış-veriş zamanı əldə olunan çeklərdən ƏDV geri alınması mümkündür. İsanlara bəzən çeklərin 13 rəqəmli fiskal ID-sini daxil etmək əziyyətli görünür.

 〈ƏDV-nin (18%) nağdsız ödənişdə 15%-i, nağd ödəniş etdikdə 10%-i vətəndaşa çatır〉

Banker.az olaraq bu dəfə həmin çeklərin smartfonla daha bir asan üsulunu araşdırdıq. Bundan öncə, bunun hətta “BirBank” olmadan fiskal ID-nin necə əldə olunmasını izah etmişdik.

Lakin, əhalinin əksər hissəsi hesab edir ki, “Kapital Bank” tərəfindən tərtib edilən “BirBank” tətbiqindən ƏDV çeklərinin oxunması üçün yalnız həmin bankın müştərisi olduğu halda istifadə edə bilər. Bu belə deyil. Həmin tətbiqi əməliyyat sistemi “iOS” və “Android”i dəstəkləyən smartfonunuza “BirBank” tətbiqini yüklədikdə “Kapital Bank” müştərisi deyilsinizsə, o zaman qeydiyyat hissəsində “Kapital Bank müştərisi deyilsiniz?” (bu istifadə etdiyiniz dilə görə dəyişir) düyməsinə sıxmaqla ƏDV-də qeydiyyatda olan telefon nömrənizlə bu tətbiqdən istifadə edə biləcəksiniz.

photo 2020 12 01 10 14 35

Son xəbərlər
Digər xəbərlər