10 C
Baku
Thursday, December 12, 2024

ƏDV-si əvəzləşdirilən avtomobil dövlət qurumuna bağışlanarsa, ƏDV məbləği bərpa edilməlidirmi?

QSC-nin kommersiya məqsədləri üçün əldə etdiyi avtomobilə görə satıcı ASC-yə ödənilmiş ƏDV əvəzləşdirilib. Həmin avtomobil müdafiə nazirliyinə bağışlanarsa, ƏDV məbləği bərpa edilməlidirmi?

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, vergi məcəlləsinin 1 yanvar 2023-cü il tarixindən qüvvəyə minmiş müddəalarına əsasən, ƏDV məqsədləri üçün hüquqi və fiziki şəxslər tərəfindən daşınar və daşınmaz əmlakların, qeyri-maddi aktivllərin, habelə əmlak kompleksi şəklində müəssələrin dövlət orqanlarına, eləcə də siyasi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara əvəzsiz olaraq verilməsi vergi tutulan əməliyyat sayılmır.

Eyni zamanda vergi məcəlləsinin 160.4 maddəsində göstərilən hal istisna olmaqla ƏDV-dən azad olunan yaxud ƏDV-ə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir və göründüyü kimi vergi məcəlləsində 1 yanvar 2023-cü ildən edilmiş dəyişikliyə əsasən ƏDV-ə cəlb edilməyən əməliyyatlar aparılan zaman ƏDV məbləğlərinin əvəzləşdirilməsinə məhdudiyyət tətbiq olunarkən vergi məcəllləsinin 160.4 maddəsində göstərilən hal istisna edilib. Qeyd olunanlara əsasən sorğuda göstərilən halda müdafiə nazirliyinə, avtonəqliyyat vasitəsinin əvəzsiz təqdim olunması zamanı həmin avtonəqliyyat vasitəsi alınarkən ödənilmiş və əvəzləşdirilmiş ƏDV məbləği yenidən hesablanmağla dövlət büdcəsinə bərpa edilmir.

Son xəbərlər
Digər xəbərlər