“BOA Agency” bankdan 2 mln manatlıq kredit xətti cəlb edib

“BOA Agency” ASC “Xalq” Bank ilə 2 milyon manat məbləğində qismən bərpa olunan kredit xətti üzrə müqavilə bağlayıb.

Banker.az bunu şirkətin insayd məlumatına istinadən xəbər verir.

Şirkətin səhmdarlarının ümumi yığıncağının 8 avqust 2026-cı il tarixli qərarı ilə təsdiqlənən müqaviləyə əsasən, kredit xətti “Xalq” Bank tərəfindən təqdim ediləcək.

Xatırladaq ki, hazırda “BOA Agency” ASC-nin səhmdarları Yadulla Yusifov (50%) və Rüstəm Hacıyevdir (50%).

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər