2 C
Baku
Saturday, December 14, 2024

Əfqanıstan Mərkəzi Bankı həftəlik limiti 400 dollara qaldırıb

Əfqanıstan Mərkəzi Bankı xarici valyuta hesabları olan şəxslərə həftədə 400 dollar pul çıxarmağa icazə verib. Tənzimləyicinin qeyd etdiyi kimi, “ölkə banklarında dollar hesabı olan vətəndaşlar ayda 1200 dollardan çox olmayaraq həftədə 400 dollar çıxara biləcək”.

Banker.az xəbər verir ki, bank bu qərarını “əmanətçilərin problemlərinin həlli və müştərilərə əmanətlərin ödənilməsi prosesinin asanlaşdırılması” zərurəti ilə izah edib.

Bundan əlavə, Mərkəzi Bank kommersiya banklarına “müştərilərin şəxsi hesablarından hüquqi şəxslərin hesablarına təsdiq sənədlər olmadan vəsait köçürməyi” qadağan edib. Mərkəzi Bank onu da bildirib ki, bank hesablarına nağd pul köçürən şəxslərə “bu gündən etibarən bu vəsaiti tam şəkildə götürüb köçürməyə icazə verilir”.

Xatırladaq ki, daha əvvəl hakimiyyətə gələn radikal Taliban hərəkatı ölkə sakinlərini iqtisadi əməliyyatlarda yalnız milli valyutadan – əfqanidən istifadə etməyə çağırıb.

Oktyabrın əvvəlində Əfqanıstan Mərkəzi Bankı ölkədə bütün ticarət əməliyyatlarının yalnız milli valyutada aparılmasını tələb edən aaçıqlama verib. Qeyd edildiyi kimi, bu tədbir yalnız ölkə daxilindəki valyuta əməliyyatlarına şamil olunur və beynəlxalq ticarətə təsir göstərmir.

Son xəbərlər
Digər xəbərlər