Gürcüstandan Azərbaycana $25,5 milyon pul köçürülüb

2026-cı ilin ilk yarısında Gürcüstandan Azərbaycana fiziki şəxslər tərəfindən 25,5 milyon dollar pul köçürülüb. Bu, ötən ilin eyni dövründəki 18,1 milyon dollarla müqayisədə 40,9% artım deməkdir.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, Gürcüstanın Azərbaycana daxil olan ümumi pul baratlarındakı payı hər iki dövrdə 3,4% təşkil edib.

Əks istiqamətdə isə azalma qeydə alınıb. 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycandan Gürcüstana 11,7 milyon dollar köçürülüb. 2025-ci ilin eyni dövründə bu göstərici 13,8 milyon dollar idi. Beləliklə, Gürcüstana pul köçürmələri illik müqayisədə 15,3% azalıb.

Nəticədə Gürcüstanla pul baratları üzrə xalis daxilolma 13,8 milyon dollara çatıb. Ötən ilin ilk yarısında xalis fərq 4,2 milyon dollar idi. Beləliklə, Gürcüstan üzrə xalis pul daxilolması 3,2 dəfə artıb.

AMB-nin qeydinə görə, məlumatlar kapital xarakterli əməliyyatlar nəzərə alınmadan təqdim edilib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər