10 C
Baku
Thursday, December 12, 2024

Əfsanəvi treyderlər nəyi bilirlər?

Müəllif: Fərid Hüseynov. İnforex.az

Ən böyük investorların uğurlarının sirri

Dünyanın tanınmış treyderlərini ortabab investorlardan fərqləndirən nədir? Bəlkə həmin ortabab investor əfsanəvi treyderlərin uğur tarixin və onların istifadə etdiyi sistemləri öyrənməlidir? Ən bacarıqlı treyderlərin hansı ümumi cəhəti var ki, başqaları da onu tətbiq edə bilər?

Bu sualları cavablandırmamışdan əvvəl, gəlin, ən uğurlu və əfsanəvi treyderlərin bir neçəsini yada salaq:

  • Nikolas Darvas. 36 000 $-ı 18 aya 2 000 000 $-a çevirib
  • Ed Seikot. 5 000 $-dan 12 ilə 15 000 000 $ əldə edib
  • Cessi Livermor. 1900-cu illərin əvvəllərində treydinq yolu ilə böyük var-dövlət sahibinə çevrilib
  • Riçard Dennis. 100 dollardan 200 000 000 $ qazanıb
  • Corc Soros. Əlavə təqdimata ehtiyac yoxdur.

Bu siyahıya bir sıra digər treyderlərin də adlarını əlavə etmək olar. Nəticələr olduqca heyrətləndiricidir. Bəs onlar belə parlaq nəticələri necə əldə ediblər?

Bir neçə amil var ki, uğurlu treyderlərin çoxunda müşahidə olunur:

  • Onların qeyd-şərtsiz riayət etdikləri sistemləri var;
  • Onların çoxu trend üzrə işləyirlər;
  • Əksəriyyəti orta və uzunmüddətli investisiyalara maraq göstərir;
  • Onlar qorxu və ya tamah hiss etmirlər;
  • Onlar son dərəcə intizamlı və sistemlərinə 100 % sadiqdirlər;
  • Onların ticarəti tamamilə planlaşdırılıb və baş verə biləcək bütün ssenarilərə əvvəlcədən hazırdırlar;
  • Onlar bilirlər ki, sistemin pis dövrləri də olur, yaxşı dövrləri də;
  • Onlar itkiləri mümkün qədər tez bağlayır, gəlirin isə artmasına imkan verirlər;
  • Onların sistemi fərdi xarakter daşıyır.

Bu bəndlərin bir neçəsi məntiqi səslənir və çoxları bunlarla razılaşacaq. Lakin reallıqda orta investor özünü tamamilə başqa cür aparır. Bir çox investorlar son 3 ildə “barmaqlarını yandırıb”, bəziləri hətta var-dövlətlərini itirib. Həmin “adi” investorların gerçək həyatda müşahidə olunan davranışı belə olur:

  • Səhv mövqelər vaxtında bağlanmayıb;
  • Qısamüddətli investisiyalar qiymətin artacağı ümidilə lazım olduğundan çox saxlanılır;
  • Brokerlərin və Analitiklərinin məsləhətlərinə qulaq asırlar;
  • Tanışlarının tanışı tərəfindən məsləhət görülən “qaynar” aksiyalara investisiya yatırırlar;
  • Heç bir plana malik deyillər;
  • Kapitalın idarə olunmasına fikir vermirlər;
  • Özlərinin fərdi üslubuna uyğun olmayan ticarət stillərindən istifadə edirlər
  • Qorxunun və tamahın əsirinə çevrilirlər.

Orta səviyyəli investorlar yuxarıda qeyd olunanlardan nə nəticə çıxara və sadalanan səhvlərdən necə qaça bilər? Ən uğurlu treyderlərin bəzilərindən əxz ediləsi bir neçə faydalı məqama baxaq:

  • Hər bir investor fərdi xüsusiyyətlərə malikdir. Bəzi investorlar çox aqressiv ticarət stilinə malikdirlər və tez-tez ticarət aparırlar. Bəziləri aksiyaları üstun tuturlar. Digərləri opsionlara investisiya yatırır. Digərləri daha az səy göstərmək istəyir… İnvestor öz profilini anlamalı və fərdi xüsusiyyətinə uyğun stil seçməlidir;
  • Ticarət əvvəlcədən tamamilə planlaşdırılmalıdır. İnsanlar hərəkətlərin çoxunu əvvəlcədən planlaşdırırlar – məsələn məzuniyyətə çıxmaq, köçmək və s. Bəs investisiya yatıranda necə, plana malikdilərmi? İnvestor hadisələrin inkişafının bütün mümkün ssenarilərinə qarşı hazır olmağa kömək edəcək sistemə malik olmalıdır. O, əvvəlcədən nə vaxt və nə qədər alacağını, nə vaxt bazarı tərk edəcəyini bilməlidir.
  • Ticarət sisteminin ən vacib amili kapitalın idarə olunmasıdır. Təəccübləndiniz? İnvestorların və treyderlərin çoxu vaxtlarının böyük hissəsini qəliz bir sistem yaratmağa sərf edirlər. Lakin bazara düzgün giriş strategiyası ticarət sistemilə yalnız 15 % müvəffəqiyyət əlavə edir!
  • Ticarət Sisteminin cavab verməli olduğu ən vacib sual budur: Nə qədər investisiya yatırtmaq və eyni zamanda neçə pozisiya saxlamaq lazımdır.
Son xəbərlər
Digər xəbərlər