11 C
Baku
Wednesday, December 11, 2024

“Əgər Belarusa hücum olsa, ruslarla birgə döyüşməyə hazırıq”

Belarus Prezidenti Aleksandr Lukaşenko hansı halda ordudan istifadə etməyə hazır olacağını açıqlayıb.

Lukaşenko bu barədə xarici və belaruslu jurnalistlərlə görüşündə bildirib.

“Mən hələlik yalnız bir halda Belarus ərazisindən rusiyalılarla birlikdə döyüşməyə hazıram: əgər oradan heç olmasa bir əsgər Belarus ərazisinə gəlsə, mənim insanlarımı öldürsə… Əgər Belarusa qarşı təcavüz etsələr, cavab ən sərt olacaq. Müharibə isə tamam başqa xarakter alacaq”, – deyə Belarus lideri vurğulayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər