Bu xoşagəlməz bir haldır. Lakin hələ ki, üzülməyə dəyməz. Bəlkə siz kredit ala bildiniz. İlk növbədə, nəyə görə sizə imtina edildiyini öyrənmək lazımdır. Banklar adətən bu haqqda məlumat vermirlər.
Lakin bunun səbəbləri bir o qədər də çox deyil və onları şərti olaraq iki qrupa bölmək olar.
Keçmişinizə görə sizə kredit verməyə imtina ediblər.
Bu qrup imtinalara ilk növbədə pis kredit tarixçəsini aid etmək lazımdır. Sizin əvvəlki kreditinizin ödənilməsində gecikdirilmələriniz olmasa belə pis kredit tarixçəsinə malik ola bilərsiniz. Məsələn, bank əməkdaşlarının səhvləri nəticəsində.
Əgər kredit tarixçənizdə həqiqətən də səhvlər buraxılıbsa, yenidən kreditə müraciət etməmişdən əvvəl bu səhvləri düzəltməyə çalışın.
Əgər sizin ücbatınızdan kredit tarixçəniz pisdirsə, böyük bankda sərfəli şərtlərlə kredit almaq problem olacaq. Kredit tarixçənizi düzəltmək lazımdır. Lakin bu prosess bir neçə il tuta bilər.
Əgər sizə təcili olaraq pul lazımdırsa, kredit almaq üçün şəxsi investorlara, mikro maliyyə təşkilatlara və yaxud kiçik banklara müraciət etməlisiniz. Onlar bütün vəsaitlərlə borcalanların sayını artırmaq istəyirlər. Onlar kredit tarixini yoxlamaya bilərlər və yaxud bu hala göz yumaraq sizə təcili kredit verə bilərlər. Lakin kreditləşmənin çətin şərtlərinə hazır olmaq lazımdır. Məsələn, qısa müddət və yüksək faizlər.
Bügünkü günə görə imtina.
Bu halda bir neçə səbəb ola bilər: kredit götürənin gəlirlərindən tutmuş doldurulmuş anketdə məlumat dəqiqsizliyinə qədər. Kredit verilməməsinin səbəblərini təyin etmək çox çətin olacaq. Buna görə növbəti dəfə banka müraciət etdiyiniz zaman qarşınıza çıxacaq bütün səbəbləri dəf etmək lazımdır. Yəni, anketi necə düzgün şəkildə doldurmağı öyrənmək və bank əməkdaşların suallarına cavab vermək, daimi yaşayış yerinə malik olmaq, öz gəlirlərinizə uyğun kredit götürməyə çalışmaq və s.
Əgər sadaladıqlarımız bir nəticə verməsə və siz kredit ala bilməsəniz, sizin bir yolunuz qalir – şəxsi investorlara, mikro maliyyə təşkilatlara və yaxud kiçik banklara müraciət emtəlisiniz.
Lakin heç bir halda kredit almaq üçün dələduzlara müraciət edərək qeyri-qanuni yolla həll etməyə çalışmayın. Onlar sizə sənədləri saxtalaşdırmaqla, rüşvətlə, kredit tarixçənizi düzəltməklə kredit alacağınıza kömək edəcəklərini vəd edə bilərlər.
Comments are closed.