10 C
Baku
Wednesday, December 11, 2024

Əhali depozit qoyub gəlir götürmək üçün manatı seçir, “dollar”dan imtina edir

Azərbaycan əhalisinin banklarda illik faiz müqabilində yerli banklara yerləşdirdiyi əmanətlərin strukturunda xarici valyutanın payı xeyli azalıb.

Banker.az xəbər verir ki, 2022-ci ilin 1 noyabr tarixinə əhalinin banklarda 5 milyard 973.99 milyon manat təşkil edib. Bunun da 2 milyard 340.79 milyon manatı xarici valyutada 3 milyard 633.21 milyon manatı isə milli valyutada olub.

Müddətli əmanət dedikdə–müvafiq müqaviləyə əsasən əvvəlcədən müəyyən edilmiş müddətə gəlirlərin əldə edilməsi məqsədi ilə yerləşmiş əmanət növüdür. Əgər əmanətçi pulu danışılmış müddətdən əvvəl götürmək istəyirsə  bank bu işdə ona əngəl olan deyil, amma bu zaman hesablanmış faizlər ləğv oluna bilər. Müddətli əmanətlərdə faiz dərəcələri daha yüksək olur.

Bu da əhalinin müddətli depozitlərində dedollarizasiya səviyyəsinin yüksəlməsi deməkdir. Belə ki, xarici valyutanının fiziki şəxslərin müddətli depozitlərində payının son bir ildə 45.7%-dən 39.2%-ə düşməsi deməkdir.

Qeyd edək ki, Azərbaycanda banklar xarici valyutada müddətli depozitləri 2.5%, milli valyutada isə maksimum 11% ilə cəlb edirlər.

367265

Son xəbərlər
Digər xəbərlər