10 C
Baku
Wednesday, December 11, 2024

Əhali ‘yastıq’ altından banklara satdığı nağd dolların həcmini azaldır – Son 6 ayda ilk dəfə

Azərbaycanda son 6 ayda ilk dəfə bankların əhaliyə satdığı nağd ABŞ dolları alışı üstələyib, lakin ümumilikdə ona tələb azalmaqdadır.

Banker.az xəbər verir ki,  bu barədə Azərbaycan Mərkəzi Bankının 2022-ci ilin oktyabr ayı üzrə statistik göstəricilərində bildirilir.

Qeyd edilir ki, bankların əhalidən nağd ABŞ valyutasının alışı 248.03 milyon dollardan 182.27 milyon dollara düşüb. Bu da aylıq müqayisədə 27% azdır.

Bankların əhaliyə satdığı nağd ABŞ valyutasının həcmi isə 8% azlaraq oktyabrda 183.45 milyon manata düşüb. Bu öncəki ayda 199.17 milyon manat idi.

Beləliklə, 2022-ci ilin oktyabr ayında ümumilikdə bankların əhaliyə satdığı dollar, onlardan alışı 1.19 milyon manat üstələmiş olub.

2022-ci ilin aprelindən bu tərəfə ilk dəfə oktyabrda bankların əhaliyə satdığı alışı üstələyir. Aprel-sebtyabr aralığında 264 milyon dollarlıq axın (satış və alış fərqi) əhalidən banklara tərəf idi.

Qeyd edək ki, oktyabr ayında valyuta bazarını dollarla təmin edən Azərbaycan Respublikası Dövlət Neft Fondunun da Mərkəzi Bankdakı valyuta hərraclarında nağd dollar satışları 24.5% azalaraq cəmi 322.2 mln. manat təşkil etmişdi. Bu da son bir ildə ən aşağı göstərici idi.

Picture2eququeququequeeequequequequ

Son xəbərlər
Digər xəbərlər