16 C
Baku
Wednesday, May 22, 2024

Əhali yenidən sadə mühərrikli avtomobillərə üstünlük verir – Hibrid avtomobillərin idxalı azalıb

Hibdir və elektrik mühərrikli avtomobillərin idxalına vergi güzəşti tətbiq edilsə də, sadə mühərriklərin idxalı yüksəlir.

2023-cü ilin ilk iki ayında Azərbaycan xaricdən 1 815 ədəd “hibrid” mühərrikli minik avtomobillər idxal edib.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci ilin eyni dövründən 217 ədəd az, yaxud 11% azdır.

İdxal edilmiş avtomobillərin ümumi dəyəri 37.77 mln. ABŞ dolları olmuş ki, bu da bir avtomobilin orta dəyərinin 20 810 ABŞ dolları olması deməkdir. 2022-ci ilin eyni dövründə bir avtomobilin orta qiyməti 8 103 dollar idi.

Göründüyü kimi qiymətlərin yüksək olması ondan xəbər verir ki, idxal edilmiş yeni hibrid avtomobillərin həm ili təzə, həm də qiymətləri xeyli yüksəkdir.

Hesabat müddətində cəmi 222 ədəd (9.32 mln. dollar) avtomobil idxal edilib. Bu öncəki ildə 57 ədəd (1.25 mln. dollar) idi.

Qeyd edək ki, ölkə ərazisinə 10,914 ədəd daxili yanma mühərrikli (yəni hibrid və elektrik mühərrikli olmayan: dizel və benzin) minik avtomobillər idxal edilib. 2022-ci ilin ilk iki ayında bu rəqəm 8 251 ədəd idi.

1 yanvar 2022-ci ildən hibrid və elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı, habelə həmin avtomobillər üçün 2-ci və 3-cü səviyyə elektrik enerji doldurucularının və istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 3 il müddətinə ƏDV-dən azad edilmişdir.

İş burasıdır ki, Azərbaycanda hökumət ƏDV tətbiq etdiyi “hibrid” avtobillərin istehsal ili 3 ildən yuxarı olmalı deyil. Məsələn, 20 000 ABŞ dolları dəyərində və mühərriki 1300 sm-kub həcmdə “hibrid” mühərrikli minik avtomobili idxal edilərkən, istehsal ili 3 ildən yuxarı olduğu təqdirdə ona 6 509.7 manat ƏDV ödənməlidir. Bütün rüsum və haqlardan sonra bu avtomobil üçün dövlətə 8 710.1 manat ödəniş edilməlidir. Komitənin rəsmi səhifəsində bunla bağlı kalkulyatoru var.

3 ildən az olduqda isə cəmi 21.6 manatlıq ƏDV ödənilir. Beləliklə, cəmi 2 144 manat dövlət rüsum və haqları lazım gəlir.

İstehsal ili 3 ildən çox olan “hibrid” mühərrikli avtomobil istehsal ili 3 ildən az olandan düz üç dəfə baha başa gəlir.

 Avtomobillərin idxalı haqqında məlumat:

 

XİF MN üzrə malın kodu

 

 

Malın adı

 

Miqdarı (ədəd)

 

Statistik dəyəri (min ABŞ dolları)

Cəmi idxal olunmuşdur

o cümlədən:

13 939 199 318.66
 

8702

Sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat

vasitələri

 

29

 

1 725.89

8703 Əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri 12 951 175 239.62
ondan:
870340

870350

870360

870370

 

daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri

 

1 815

 

37 771.52

 

870380

yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri  

222

 

9 320.26

8704 Yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri 871 13 566.42
8705 Xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələri 88 8 786.74
Son xəbərlər
 ⁠
Digər xəbərlər