Ötən ay Azərbaycanda nağd ABŞ dolları satının həcmi kəskin azalıb, əhali isə əvvəlki həcmdə öz dollarlarını banklarda yerli valyutaya konvertasiya etməkdə davam edir.
Banker.az Azərbaycan Mərkəzi Bankının (AMB) 2023-cü ilin yanvar ayı üzrə “Nağd xarici valyuta ilə mübadilə əməliyyatları” üzrə göstəricilərinə istinadən xəbər verir ki, həmin dövrdə banklar əhaliyə nağd 152.33 milyon ABŞ dolları satdığı halda, onlardan 139.84 milyon dollar alıblar.
Dekabr ayında əhalinin nağd ABŞ dollarına tələbi bir qədər yüksəlməklə, təkcə dekabr ayında $207.87 milyon almışdılar ki, dekbar ötən ilin üçüncü ən çox əhali tərəfindən dollar tələbinin olduğu ay idi.
Car yanvarda bankların əhaliyə satdığı ABŞ dolları öncəki ilin yanvarından 56% azdır. Bankların əhalidən aldığı ABŞ dolları isə öncəki ilin eyni dövründən 75% yuxarıdır.
Qeyd edək ki, 2022-ci ilin dekabrında ARDNF banklara hərraclarda 595.9 mln. dollar satdığı halda, yanvarda 68% daha az, 188.6 mln. dollar satıb.
Banklar tərəfindən əhalidən ALIŞ (min valyuta vahdi) |
||||
Ay | US $ | EURO € | GBP ₤ | RUB |
2022- cəmi | 2039781.2 | 106464.4 | 27197.1 | 19625687.3 |
yanvar | 79768.0 | 6711.9 | 494.7 | 1036887.5 |
fevral | 111278.1 | 5319.8 | 10765.5 | 875655.7 |
mart | 100495.9 | 5895.8 | 9512.9 | 222799.0 |
aprel | 167801.7 | 6412.7 | 665.9 | 1309399.8 |
May | 241616.3 | 7284.7 | 568.9 | 2055594.3 |
iyun | 249565.7 | 8773.3 | 566.0 | 2900083.6 |
iyul | 175299.2 | 7885.1 | 803.4 | 2183258.5 |
avqust | 203301.0 | 8336.2 | 914.4 | 1909202.4 |
sentyabr | 248028.8 | 9158.0 | 920.1 | 1942601.3 |
oktyabr | 182268.0 | 10582.8 | 752.8 | 1602442.7 |
noyabr | 140776.2 | 21696.4 | 583.2 | 1852265.8 |
dekabr | 139582.5 | 8407.8 | 649.2 | 1735496.3 |
2023- cəmi | 139841.6 | 7501.4 | 911.0 | 1312285.9 |
yanvar | 139841.6 | 7501.4 | 911.0 | 1312285.9 |
Banklar tərəfindən əhaliyə SATIŞ (min valyuta vahdi) |
||||
Ay | US $ | EURO € | GBP ₤ | RUB |
2022- cəmi | 2357481.1 | 209755.8 | 21922.6 | 2160071.7 |
yanvar | 367495.7 | 11570.2 | 957.1 | 197539.1 |
fevral | 165936.0 | 9030.3 | 1153.8 | 220288.5 |
mart | 259620.7 | 13326.3 | 1138.0 | 250100.2 |
aprel | 164158.2 | 16466.4 | 1702.0 | 158990.4 |
May | 172997.5 | 18774.3 | 2080.9 | 137257.4 |
iyun | 177216.7 | 18393.2 | 1352.1 | 142821.5 |
iyul | 166591.9 | 32256.9 | 1785.4 | 145181.4 |
avqust | 141468.7 | 26862.3 | 2648.7 | 189040.4 |
sentyabr | 199169.2 | 20200.3 | 3676.9 | 201790.7 |
oktyabr | 183453.2 | 14461.8 | 2895.4 | 188157.6 |
noyabr | 151506.3 | 12799.8 | 1247.4 | 146155.1 |
dekabr | 207866.9 | 15614.2 | 1284.9 | 182749.5 |
2023- cəmi | 152334.4 | 32063.2 | 1266.4 | 136862.6 |
yanvar | 152334.4 | 32063.2 | 1266.4 | 136862.6 |