Azərbaycanda fiziki şəxslərin əmantlərində de-dollarizasiyanın (dolların portfeldə payının azalması) səviyyəsi 2014-cü ilin dekabrından bu tərəfə maksimum həddə keçib.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, 1 fevral 2022-ci il tarixinə fiziki şəxslərin banklarda 9 milyard 635.8 milyon manat ekvivalentində depozitləri vardır.
Bunun da 5 milyard 848.6 milyon manatı milli, 3 milyard 787.13 milyon ekvivalentində isə xarici valyutadadır.
Milli valyutada olan depozitlərin payı 61%, xarici valyutanın payı isə 39% təşkil edib.