Azərbaycan Respublikasının əhalinin nominal gəlirləri artıb.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Belə ki, əhalinin nominal gəlirləri 2022-ci ilin ilk yeddi ayında illik müqayisədə 20% artaraq 38 milyard 797.2 milyon manat təşkil edib.
Əhalinin hər nəfərinə düşən nominal gəlirlər isə illik müqayisədə 19.5% artaraq 3 859 manat olub.
Qeyd edək ki, 2022-ci ilin iyul ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0.1 faiz, əvvəlki ilin iyul ayına nisbətən 20.3 faiz təşkil etmişdir.