13 C
Baku
Thursday, April 18, 2024

Əhalinin gəlirlərinin 9,1%-i sığortaya xərclənib

2014-cü ilin yanvar-avqust aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,1 % artaraq 24,0 milyard manata çatmış, onun hər nəfərə düşən həcmi 2559,9 manat təşkil edib. Əhalinin hər nəfərinə düşən gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 2,4 %bəndi üstələyərək 3,8 % olub.

Bu dövr ərzində gəlirlərin 70,2 % son istehlaka, 9,1 % vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,7 % kreditlər üzrə faizlərin ödənilməsinə, 18,0 % isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

Əhalinin sərəncamında qalan gəlir 21,8 milyard manat təşkil edərək əvvəlki ildəkinə nisbətən 5,6 % artıb.

Son xəbərlər
Digər xəbərlər