“Əhalinin nə qədər hissəsinə peyvənd vurulmalıdır ki, təhlükə bitmiş olsun”-TƏBİB-dən açıqlama

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) “COVİD-19″un bitməsi üçün əhalinin nə qədər hissəsinə peyvənd vurulmalıdır məsələsinə aydınlıq gətirib.

“Banker.az”a TƏBİB-dən bildirilib ki, ölkənin və dünyanın pandemiya ilə mübarizədə uğur qazana bilməsi üçün əhalinin təxminən 60%-də virusa qarşı imunitet (kütləvi imunitet) formalaşmalıdır.

Həmçinin bildirilib ki, bu göstəricinin bir hissəsi artıq yoluxub sağalmış şəxslərin, digər hissəsi isə peyvənd olunmuş şəxslərin hesabına formalaşır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər