2023-cü ilin yanvarında Azərbaycanda əhalinin nominal gəlirləri illik müqayisədə 15 faiz artıb.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yanvarda əhalinin nominal gəlirləri 5 milyard 379.2 milyon manat olub.
DSK açıqlayır ki, ölkə əhalisinin 2023-cü il 01 yanvar vəziyyətinə görə 10 milyon 127.1 min nəfər təşkil edib.
Əhalinin hər nəfərinə düşən nominal gəlirlər isə illik müqayisədə yanvar ayında 14.3 faiz artaraq 531 manat təşkil edib.
Əhalinin gəlirlərinin böyük hissəsini inflyasiya yeməkdədir. Belə ki, 2023-cü ilin ilk ayında ölkədə istehlak qiymətləri indeksi (inflyasiya) 2022-ci ilin yanvar ayına nisbətən 113.6 faiz təşkil edib.
Bunun da ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17.5 faiz, qeyri-ərzaq məhsulları üzrə 12.2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 9.7 faiz təşkil edib.
Yəni adambaşına düşən gəlirin (14.3%-13.6%=real) yalnız 0.7%-i real olaraq artmış olub.