Müasir dövr əhalinin plastik kartlara olan təlabatını günü-gündən artırır. Bu gün hər hansı bir şəxsdə plastik kartın olmamasını görmək demək olar ki, nadir hadisədir.
Mərkəzi Bankın statistik göstəricilərinə əsasən deə bilərik ki, bu gün ölkədə ödəniş kartlarının ümumi sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.16%-dək artaraq 1 aprel tarixində 6 038 ədədə çatıb.
Bunlardan 1 281 ədədi kredit kartlarının, qalanları isə debet kartlarının payına düşür. Ölkədə kartlar üzrə aparılan əməliyyatların sayı və həcmində də artım müşahidə olunub. Belə ki, debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların sayı 7 637 min ədəd həcmi isə 1 137 mln manat təşkil edib.
Aşağıdakı cədvəldə debet və kredit kartlarında olan əməliyyatların sayının və həcminin son dövrlərdə necə dəyişdiyini görə bilərsiniz.
Onu da qeyd edək ki, 1 000 ödəniş kartına düşən əməliyyatların orta aylıq əməliyyatların sayı 1264.9 ədəd, həcmi isə 188 301.5 manatdır.
Bazar iştirakçıları iddia edirlər ki, bank gəlirlərinin təqribən yarısı –komisyon gəlirləridir, hər şeydən öncə bu gəlirlər ödəniş kartlar ilə olan xidmətlərdən əldə edilir. Azərbaycanda isə bankların əsas gəlir mənbəyi hələ kredit faizlərindən asılıdır.
Əgər bankların tranzaksiya xidmətləri artsa, onda onları komisyon haqlardan götürdüyü gəlirlər də artacaq və bu zaman onlar digər məhsullarını da sərfəli şərtlər ilə təqdim edə biləcəklər, məsələn bu zaman kreditləşmə şərtləri nisbətən daha mülayim ola bilər.
Comments are closed.