12 C
Baku
Monday, November 18, 2024

Əhalinin ‘yastığı altından’ banklara nağd dollar axını sürətlənib – Son 5 ayda $215 mln.!

Apreldən bu tərəfə Azərbaycanda əhalinin banklardan nağd ABŞ dolları alışına marağının düşməsi səbəbindən “yastıq altından” $215 mln. banklara axıb.

Banker.az xəbər verir ki, banklar əhalidən aprel, may, iyun, iyul və avqust ayları ərzində əhaliyə 822 milyon nağd dollar satılıb və 1 milyard 038 milyon dollar isə onlardan alınıb.

Təkcə avqustda banklar əhaliyə cəmi $141 mln. satdığı halda, onlardan (əhalidən) $203 mln. dollar alıb, nəticədə $62 mln. banklara tərəf axın edib və USD/AZN orta mübadilə məzənnəsi 1.6984 təşkil edib.

İlin ilk səkkiz ayında banklar əhaliyə  1 milyard 615 milyon dollar satıb, onlardan 1  milyard 329 milyon alıb. Müddət ərzində isə Dövlət Neft Fondu (ARDNF) cəmi  3 milyard 057 milyon dollar hərracda valyuta çıxarıb.

98765432

Əhalidən bankların kasadına dollar axını apreldən başlayıb. Həmin ayda ölkənin tədiyyə balansında profisitin olması ilə bağlı statistika və eləcə də baş bankir Taleh Kazmovun sələfi kimi əhalini və iş adamlarını USD/AZN-nin 1.7000-da sələfi kimi toxunulmaz saxlayacağına dair işarəsi valyuta bazarında hərəkətliliyi bir qədər sakitləşdirib, əksinə indi daha çox əhali banklara dollar satır.

Manatın məzənnəsi 2017-ci ilin martından ABŞ dollarına qarşı sabitdir. Qlobal miqyasda “faiz artımı yarışında” rəqibləri ilə müqayisədə divergensiya yüksəldiyindən dolların məzənnəsi Azərbaycanın ticarət tərəfdaşlarının əksəriyyətinin valyutalarına qarşı bahalaşıb. Nəticə etibarı ilə dollar indeksli manatın məzənnəsi də həmin ölkələrə qarşı bahalaşmış olub.

Azərbaycan Mərkəzi Bankı avqust ayı üzrə manatın real effektiv məzənnəsinin 119.1 bəndə – ikinci devalvasiyadan bu tərəfə maksimum zirvəyə çıxdığını açıqlayıb.

2022-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycanın ticarət saldosu $17.38 mlrd.-a çatıb. Ölkənin ixracda əsas gəliri artıq təkcə neft deyil. İndi az qala onun qədər valyuta gətirməsinə dəstək olan təbii qaz da var. İlin ilk səkkiz ayında Azərbaycan xaricə $13.72 mlrd. dollarıq neft satdığı halda, $10.32 mlrd.-lıq təbii qaz satıb.

Bir sözlə hazırda profisitli tədiyyə balansı manata olan təzyiqləri azaldır. Mərkəzi Bank sabit məzənnəni inflyasiya idxalına neytrallaşdırıcı amil kimi görür.

 

Son xəbərlər
Digər xəbərlər