Bu ilin birinci rübündə Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 9% artaraq 10 mlrd. 303,5 mln. manata çatıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 1 073,5 manat və ya ayda 357,8 manat təşkil edib.
Bu dövr ərzində gəlirlərin 81%-i son istehlak xərclərinə, 9,7%-i vergilərin, sığorta və üzvlük haqlarının, 2,3%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 7%-i isə yığıma yönəldilib.
Əhalinin sərəncamında qalan gəlirlər 9 mlrd. 304,1 mln. manat olub.
APA