8 C
Baku
Monday, November 18, 2024

Əhaliyə kiçik həcmli kreditlər verdi, 3 mln. xalis mənfəət əldə etdi

Bank olmayan kredit təşkilatı “AZPUL” MMC (AZPULMAT) 2022-ci ildə 3 milyon 54 min manat xalis mənfəət əldə edib. 2021-ci ildə onun 74 min manatdan çox zərəri vardı.

Banker.az bunu BOKT-nin maliyyə hesabatına istinadən xəbər verir.

Hesabata görə, BOKT-nin gəlirləri illik müqayisədə 15 dəfə artaraq 7 mln. 459 min manat olub. BOKT ümumi və inzibati xərclərə 3 mln 33 min manat xərc çəkib.

Aktivlərinin həcmi 2022-ci il ərzində 5.6 dəfə artaraq 9 mln. 357 min manat təşkil edib.

Xatırladaq ki, BOKT “AZPUL” MMC 2018-ci ildə yaradılıb və AMB tərəfindən 2020-ci ilin sentyabrında lisenziya əldə edib. BOKT-nin fəaliyyət sahəsi, xırda istehlak kreditlərinin müştərilərə lisenziyalaşdırılmış fəaliyyət əsasında çatdırmaq və beləliklə də istehlakçılara və kiçik həcmli kreditlərə təlabatı olanlara maliyyə xidmətinin göstərilməsindən ibarətdir.

img 20230526 wa0049

img 20230526 wa0048

Son xəbərlər
Digər xəbərlər