Hotelçilik üzrə şirkətlər qrupunun rəhbərliyinə təyinat olub

“TABIA Group”un (əvvəlki adı ilə “PMD Hospitality”) Müşahidə Şurasına yeni üzv seçilib.

Banker.az xəbər verir ki, Kamal Rəfiyev bu vəzifəyə təyin edilib.

2025-ci ilin noyabrından isə “Lecheq Farm & Distillery” MMC və “AzRose” MMC-də Müşahidə Şurasının üzvüdür.

Bundan əvvəl 2019–2024-cü illərdə “PASHA Bank”da çalışıb.

Xatırladaq ki, “TABIA Group” MMC 2018-ci ildə yaradılıb, 29.8 mln. manat nizamnamə kapitalı var. Şirkətin rəhbəri Uygar Kocasdır.

“TABIA Group” MMC– hotel, sanatoriya, restoran və akvapark tipli müəssisələrin idarə etməsi ilə məşğuldur. Şirkət 2018-ci ilin avqustundan rəsmi olaraq dövlət qeydiyyatına alınıb və “PMD Qrup”un bir hissəsidir. Təşkilat 2013-cü ildə hotel biznesini inkişaf etdirmək, turizm sektorunda illər ərzində Azərbaycanda və xaricdə davamlı böyüməni təmin etmək məqsədi ilə yaradılıb. Bu, şirkətin rəsmi səhifəsində qeyd edilir.

“TABIA Group” MMC-nin əmlak portfelində bir neçə 5 ulduzlu hotel (Gaşaltı Health Hotel, Chinar Hotel & SPA, Galaalti SPA & Sanatorium, The Excelsior Hotel & Spa Baku, Lankaran Springs Wellness Resort), lüks kurort (Shamakhi Palace Sharadil), “Paulaner Azərbaycan” (franchise pivə zavodu) və böyük dənizkənarı akvaparkı (Dalga Beach Aquapark) var.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər