3 C
Baku
Saturday, December 14, 2024

Əhaliyə sosial müavinətlər üzrə ödənişlər 36% artıb – DSMF

Yanvar-noyabr aylarında 838 min şəxsə sosial müavinət və təqaüd ödənilib.

Dövlət Sosial Müdafiə Fondundan Banker.az-a verilən məlumata əsasən, onlardan 470 min nəfəri sosial müavinətlə, 368 min nəfəri Prezidentin aylıq təqaüdü ilə təmin olunub.

Əhaliyə sosial müavinətlər üzrə 36% çox olmaqla 734 mln. manat, Prezident təqaüdləri üzrə 29% çox olmaqla 492 mln. manat ödənilib.

Sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 418 min, o cümlədən bu ilin 11 ayında 197 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Son xəbərlər
Digər xəbərlər