22 C
Baku
Friday, April 19, 2024

Əkbər Abassov İsrail şirkətlərini əməkdaşlığa dəvət edib

Azərbaycan İsrail şirkətlərinə işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərməklə bağlı çağırış edib.

Banker.az xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-İsrail biznes forumunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiyalar Mərkəzinin direktoru Əkbər Abassov bildirib.

“Həmin ərazilərdə “Ağıllı şəhər”lər, “Ağıllı kənd”lər salınır. İsrail şirkətlərini Azərbaycanla bu istiqamətdə ən yaxşı təcrübələrini bölüşməyə, əməkdaşlığa çağırıram”, – deyə o, qeyd edib.

“Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edir, hədəf dayanıqlı kənd təsərrüfatı sisteminin əldə edilməsidir. Ümumiyyətlə, ölkəmizdə biznes mühiti çox əlverişlidir və daha da yaxşılaşdırılması istiqamətində işlər aparılır. Azərbaycan kənd təsərrüfatının inkişafı üçün mexanizmləri dəstəkləyən aparıcı ölkələrdəndir. Xarici şirkətlər Azərbaycandakı bərabər ticarət və üstünlüklərdən yararlana bilərlər. Qarşıdakı illər üçün əsas məqsəd işğaldan azad edilmiş ərazilərin reabilitasiyası və yenidən qurulmasıdır”, – deyə nazirlik rəsmisi əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər